UEFA-nın İcraiyyə Komitəsi daha bir fövqəladə iclas keçirəcək.
Apasport.az saytının məlumatına görə, qurum yaxın günlərdə yenidən toplantının təşkilini zəruri sayır.
Yığıncaqda aktual məsələlər müzakirə ediləcək. Əsas müzakirə mövzuları Rusiya və Ukrayna arasında yaşananlardır. “Qazprom”un UEFA sponsorluğundan imtinasının da müzakirə olunacaq məsələlər sırasında yer alacaq.
Qeyd edək ki, iki gün öncə də iclas keçirən İcraiyyə Komitəsi Çempionlar Liqasının finalını Sankt-Peterburqdan alaraq Parisə verib və iki ölkə komandalarının bütün ev matçlarını neytral meydanda təşkili barədə qərar qəbul edib.

14:29