11:13 28-02-2022
news_image
123
FUTBOL

Daha bir assosiasiyadan qadağa - Rusiya komandaları ilə oynanılmayacaq

Daha bir ölkə Rusiya komandaları ilə beynəlxalq oyunlarda üz-üzə gəlməkdən imtina edib.

Apasport.az saytının məlumatına görə, İngiltərə Futbol Assosiasiyası bununla bağlı bəyanat yayıb.

Bildirilir ki, qurum Ukraynadakı hərbi gərginliyə görə, Rusiyanı qınayır: “Bu üzdən İngiltərə təmsilçiləri yaxın gələcəkdə istənilən beynəlxalq futbol yarışlarında Rusiya ilə qarşılaşmayacaq”.

Qeyd edək ki, FİFA Rusiya komandalarının iştirak etdiyi beynəlxalq oyunlarda bu ölkənin bayrağı və dövlət himninin istifadəsini qadağan edib. Həmçinin Rusiyada milli komandaların futbol oyunlarına qadağa qoyub və bu ölkənin yığması ev oyunlarını neytral meydanda və tamaşaçısız keçirəcək.