22:51 28-02-2022
news_image
134
FUTBOL

Əzəli rəqiblərin istədiyi futbolçunun transfer qiyməti açıqlandı

“Sevilya”nın müdafiəçisi Jül Kunde “Real”ın hədəfindədir.

Apasport.az xəbər verir ki, 23 yaşlı futbolçu ilə “Çelsi” və “Barselona” da maraqlanır.

Əndəlüs təmsilçisi ilə müqavilə müddəti 2024-cü ilin yayına qədər olan Fransa millisinin üzvünün sözləşməsində 80 milyon avroluq sərbəst qalma maddəsi var. “Sevilya” yalnız həmin məbləğ qarşılığında əsas müdafiəçisini satmağa razıdır.

Qeyd edək ki Jül Kunde bu mövsüm bütün turnirlərdə keçirdiyi 30 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə verib.