21:58 04-03-2022
news_image
155
FUTBOL

Superliqadan bir klub rəsmi çıxıb – 11-i qalır

Superliqanın yaradıcısı olan 12 klubdan yalnız biri rəsmən layihədən çıxıb.

Apasport.az saytının məlumatına görə, İtaliya “İnter”inin iflasa uğrayan layihə ilə bağlılığı qalmayıb.

Bu, klub rəhbərliyinin Superliqaya qoşularkən imzaladığı razılaşma əsasında mümkün olub. Milanlılar qeyri-sabit maliyyə durumu və sahibinin dəyişməsinin mümkünlüyünü qeyd edib, həmçinin layihədən çıxmaqla bağlı bəndi zəruri sayıb.

Bu üzdən də təkcə “Real”, “Barselona” və “Real” deyil, digər yaradıcıları da Superliqanın üzvü kimi qalır. Turnirdən imtina qərarını rəsmi şəkildə bəyan edən “Atletiko”, “Milan”, “Mançester Siti”, “Mançester Yunayted”, “Liverpul”, “Çelsi”, “Tottenhem” və “Arsenal” da sənədlərə əsasən Superliqada qalmaqdadır.