“Barselona” “Rasinq”in yarımmüdafiəçisi Pablo Torre ilə müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, Kataloniya klubu 18 yaşlı pleymeykerlə anlaşdığını rəsmi saytı vasitəsilə açıqlayıb.
Yeni komandası ilə 2026-cı ilin yayına qədər müqavilə imzalayan Torrenin sərbəst qalma məbləği 100 milyon avro kimi müəyyənləşdirilib. Bu transfer “Rasinq”ə 5 milyon avro qazandırıb. Oyunçunun performansına görə məbləğ 20 milyon avroya qədər arta bilər.
Cari mövsümü “Rasinq”də tamamlayacaq Pablo Torre yayda “Barselona”nın B komandasına qoşulacaq.