12:57 05-03-2022
news_image
140
FUTBOL

Kristensen yeni klubunda tibbi müayinədən keçdi

“Çelsi”nin futbolçusu Andreas Kristensenin yeni klubu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Danimarka millisinin müdafiəçisi karyerasını İspaniyada davam etdirəcək.

26 yaşlı oyunçu gələn mövsümdən “Barselona”nın formasını geyinəcək. Kristensen artıq tibbi müayinədən də uğurla keçib. Futbolçunun menecerləri müqaviləni həll etmək üçün gələn həftə Barselonaya yollanacaqlar. O, yayda La Liqa təmsilçisinə azad agent kimi keçəcək.

Qeyd edək ki, Andreas Kristensen 2013-cü ildən “Çelsi”nin formasını geyinir.