13:56 05-03-2022
news_image
125
FUTBOL

İtaliya Ukrayna çempionatının oyunlarını qəbul etməyə hazır olduğunu açıqladı

İtaliya Ukrayna çempionatında mövsümün qalan oyunlarını qəbul etməyə hazırdır.

Apasport.az saytı xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının (FIGC) rəhbəri Qabriele Qravina məlumat verib.

O, bununla bağlı təklifini bildirib: “FIGC köçkünlərin qəbuluna kömək etdiyi üçün Ukrayna çempionatının oyunlarının da burada keçirilməsinə hazırdır. Biz digər təşəbbüslər üzərində də işləyirik”.

Qeyd edək ki, Ukrayna Premyer Liqası Rusiya ilə yaşanan hərbi gərginlik səbəbindən fevralın 24-də dayandırılıb.