23:37 05-03-2022
news_image
163
FUTBOL

Hakimi məşqləri bərpa edir

PSJ-nin futbolçusu Əşrəf Hakimi məşqləri bərpa edir.

Apasport.az saytının məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.

Müdafiəçi artıq sabah komandanın məşqində ümumi qrupda hazırlıq keçəcək. “Nitsa” ilə 27-ci tutun matçını buraxacaq Əşrəf bərpa prosesini başa vurub.

Komandanın digər müdafiəçisi Leven Kurzava da komandaya sabah qoşulacaq. Serxio Ramos qaçışlara başlasa da, Ander Errera hələ də kənarda qalıb.

Qeyd edək ki, parislilər “Nitsa” ilə bu gün üz-üzə gələcək.