17:33 05-03-2022
news_image
147
FUTBOL

Mahir Emreli start heyətində

Azərbaycan millisinin futbolçusu Xorvatiya çempionatında debüt edəcək.

Apasport.az saytının məlumatına görə, 25 yaşlı hücumçu Zaqreb “Dinamo”sunun heyətində ilk çempionat matçına bu gün çıxacaq.

O, “Şibenik”lə qarşılaşmanın start heyətində yer alıb. Mahir ev görüşünə “11-lik”də başlayacaq. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, qış fasiləsində Polşa “Legiya”sından “Dinamo”ya keçən Mahir bunadək yeni klubunda yalnız Avropa Liqasında 2 matça çıxıb.