Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Türkiyə çempionatında növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, təmsilçimiz 1-ci liqada çıxış edən “Bursaspor”un “Boluspor”la görüşündə iştirak edib.
Namik bu matça start heyətində çıxıb. Onun 74-cü dəqiqədə əvəzləndiyi səfər qarşılaşması 1:1 hesabı ilə nəticələnib.
Qeyd edək ki, 25 oyunda 25 xal toplayan “Bursaspor” 19 komanda arasında 18-ci pillədə qərarlaşıb.