14:22 07-03-2022
news_image
207
FUTBOL

Premyer Liqanın 28-cisi – lider “Turan”dır

“Səbail” Premyer Liqada səfərdə 100-cü qolunu buraxıb.

Apasport.az saytının məlumatına görə, bu topa “Neftçi”nin futbolçusu Azər Salahlı imza atıb.

0:2 hesabı ilə uduzan Premyer Liqanın autsayderi 61-ci səfər görüşünə qədər 98 dəfə topu qapısında görmüşdü. XVIII turun qarşılaşmasında bu rəqəm 100-ə çatıb.

“Səbail” ölkə çempionatları tarixinə səfərdə 100 və daha çox top buraxan 28-ci komanda kimi düşüb. Antirekord “Turan”a məxsusdur. Tovuz klubu 432 qol buraxıb.