00:59 09-03-2022
news_image
1115
FUTBOL

“Nitsa” Klyuverti transfer edir

“Roma”nın futbolçusu Castin Klyuvert “Nitsa”ya transfer olunmağa yaxındır.

Apasport.az saytının məlumatına görə, Fransa klubu ötən yay icarəyə götürdüyü 22 yaşlı niderlandlının transfer hüququnu almaq niyyətindədir.

Bunun üçün “Nitsa” 14 milyon avro ödəməlidir. Castinin italiyalılarla müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

Qeyd edək ki, Klyuvert mövsümün 20 matçında 5 qol və 4 assistə imza atıb.