17:21 10-03-2022
news_image
2223
FUTBOL

Millimizin sabiq qapıçısı Ukraynadan qayıdır

Azərbaycan millisinin keçmiş qapıçısı Andrey Popoviç yenidən ölkəmizdə çıxış edə bilər.

Apasport.az saytının məlumatına görə, 30 yaşlı qolkiper Premyer Liqa klubundan təklif alıb.

Konkret olaraq “Səbail” hazırda Ukraynanın II liqa təmsilçisi LNZ-də çıxış edən Popoviçin xidmətində maraqlıdır. Rusiya ilə Ukrayna arasında yaşanan hərbi gərginlik də milliləşdirilmiş qapıçının Azərbaycana dönməsinə səbəb ola bilər. “Səbail” Andreyin razılığını ala bilsə, o, növbəti mövsüm komandanın bir nömrəsi olacaq. “Səbail”in planlarını yalnız onunla “Sumqayıt”ın da maraqlanması poza bilər.

Qeyd edək ki, Andrey Popoviç karyerası ərzində ölkəmizdə “Bakı”, “Abşeron”, “Sumqayıt”, “Turan Tovuz” və “Qəbələ”nin formasını geyinib. O, Azərbaycanın U-17, U-19 və U-21 yığmaları ilə yanaşı, iki matçda da əsas millimizin (Albaniya – 1:0, Sinqapur – 2:2) formasını geyinib. Həmin iki qarşılaşma müvafiq olaraq 2011 və 2012-ci ilə təsadüf edir.