00:25 13-03-2022
news_image
133
FUTBOL

Manenin xəyalı

Sadio Manenin xəyalı bəlli olub.

Apasport.az saytının məlumatına görə, “Liverpul”un seneqallı ulduzu futbolçu kimi qazanmaq istədiyi növbəti uğurunu açıqlayıb.

Mane “Qızıl top”la dünya çempionluğu arasında seçim edib: “Afrika çempionu olduqdan sonra mənim yeni xəyalım dünya çempionatında qələbədir. Bunun üçün öncə ora vəsiqə qazanmalıyıq. Amma mən ağlasığmaz ideyalara inanmaq istəyirəm. Onlardan da biri Seneqalla dünya çempionatında qələbədir. Bu uğuru qazansaq, mən hər il “Qızıl top” üçün mübarizə aparan yaxşı futbolçular səviyyəsinə çatacağam”.

Qeyd edək ki, Seneqal millisi bu il Kamerunda keçirilən Afrika çempionatının qalibi olub.