PSJ-nin hücumçusu Lionel Messi gələcəyi ilə bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, argentinalı superulduz növbəti mövsüm də Paris klubunda qalacaq.
35 yaşlı oyunçu bu barədə qərarını rəhbərliyə bildirib. Ancaq o, Fransa mətbuatının tənqidindən narazı olduğunu da çatdırıb.
Qeyd edək ki, Lionel Messinin PSJ ilə anlaşması gələn ilin yayına qədərdir.