18:35 13-03-2022
news_image
177
FUTBOL

“Qəbələ” – “Zirə” matçı nə vaxt keçiriləcək?

Azərbaycan Premyer Liqasının XIX turunun “Qəbələ” – “Zirə” oyununun nə vaxt keçiriləcəyi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, güclü qar səbəbindən 65-ci dəqiqədə dayandırılan matç sabaha təxirə salınıb.

Peşəkar Futbol Liqasının qərarına əsasən, qarşılaşmanın son 25 dəqiqəsi baş tutacaq. Matç saat 12:30-da start götürəcək. Lakin hava şəraitindən asılı olaraq qərar növbəti dəfə dəyişdirilə bilər.

Qeyd edək ki, oyun dayandırılarkən hesab 0:0 olub.