"Sumqayıt" ciddi itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Rəhim Sadıxov sıradan çıxıb.
Milli komandamızın üzvü Premyer Liqanın XIX turunda "Neftçi" ilə matçda zədələnib. Qarşılaşmanın 85-ci dəqiqəsində ayağından xəsarət alan orta sahə oyunçusu mübarizəni davam etdirə bilməyib. Nəticədə baş məşqçi Aleksey Baqa onu Yusif Nəbiyevlə əvəzləməli olub.
Qeyd edək ki, hazırda son dəqiqələri gedən görüşdə "Sumqayıt" 1:2 hesabı ilə gedirədir.