20:41 13-03-2022
news_image
184
FUTBOL

"Limitin qəti əleyhinəyəm" - Samir Abasov

“Sona qədər mübarizənin olması xoş hal idi".

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XIX turunda “Sumqayıt”la keçirilən oyun barədə danışarkən deyib.

“Bakcell Arena”da baş tutan görüşdə büdrəməyən son çempion rəqibini 2:1 hesabı ilə məğlub edib.

Abasov qarşılaşmanın ardından fikrini bu sözlərlə davam etdirib: “Matçda dəqiqələr keçdikcə gərginlik yarandı. Oyun intizamını pozmamaq çox önəmli idi. Matça necə başlayırıqsa, sona qədər bunu davam etdirə bilirik. Bu da sevindirici haldır. Belə gərgin oyunlar daha çox olacaq. Oyunlar keçdikcə rəqiblərin qapısı qarşısında təhlükəli vəziyyətlər yarada bilirik. Təəssüf ki, bunları reallaşdıra bilmirik. İnanıram ki, getdikcə bu problemi də yoluna qoyacağıq. Rəqibin də haqqını vermək lazımdır. Yaxşı mübarizə apardılar, bizə problem yaratdılar. Müdafiədə sıx oynadılar".

- Sanki "Neftçi" meydana arxayın çıxmışdı...
- Rahatlıq deməzdim. Buna biz imkan vermərik. "Sumqayıt"la aramızdakı keçmiş oyunlar o qədər şişirdilib ki... Qol vurduq, dərhal da buraxdıq. Son vuruşlar yaxşı olsaydı, bəlkə də, birinci hissədə oyunun taleyini həll edərdik.

- Kamran İbrahimov bu gün də buraxılan qolda səhvə yol verdi. Onun çıxışı barədə nə deyə bilərsiniz?
- Sabah Kamrana ehtiyacımız ola bilər. Təbii ki, səhvi deyiləcək, göstəriləcək. Kamran yerli qapıçıdır, limitdə istifadə edirik. Bu səhvin üstünə getmək fikrimiz yoxdur.

- Azər Əliyevin yerli statusda çıxış etmək məsələsi nə yerdə qalıb?
- Bununla bağlı işlər gedir. Baş məşqçi kimi bunun tez həllini tapmasını istəyirəm. Ümumiyyətlə, limitin qəti əleyhinəyəm. Amma qərar budursa, başqa yolumuz yoxdur. Rəhbərlik bu suala daha yaxşı cavab verər.