09:23 14-03-2022
news_image
118
FUTBOL

“Barselona” 3 aydır uduzmur

İspaniya La Liqasının XXVIII turunda “Osasuna”nı qəbul edən “Barselona” 4:0 hesablı qələbə qazanıb.

Apasport.az saytının məlumatına görə, kataloniyalılar ölkə çempionatında məğlubiyyətsizlik seriyasını 12 matça yüksəltməklə öz göstəricisini yaxşılaşdırıb.

Xavinin yetirmələri bu matçların 8-də qələbə qazanıb, 4 dəfə rəqibləri ilə sülh bağlayıb. “Barsa” sonuncu dəfə ötən il dekabrın 4-də “Betis”ə səfər yenilib (0:1)

Bu görüş “Barselona”nın vitse-kapitanı Jerar Pike üçün əlamətdar olub. Çünki o, komandanın heyətində 600-cü oyununu keçirib. Pike indi yalnız Serxio Buskets (667), Andres İnyesta (674), hazırkı çalışdırıcısı Xavi (767) və Lionel Messidən (778) geri qalır.

Qeyd edək ki, aktivində 51 xal olan “Barselona” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşır.