09:20 15-03-2022
news_image
116
FUTBOL

Benzema rekordunu təkrarladı

“Real” La Liqanın XXVIII turunda “Malyorka”nı 3:0 hesabı ilə məğlub edib.

Apasport.az saytının məlumatına görə, qollardan ikisinə imza atan Kərim Benzema mövsüm ərzində vurduğu topların sayını 32-yə çatdırıb.

Bu, fransalı forvardın “Real” karyerasındakı rekordun təkrarıdır. O, 2011/12 mövsümündə də 32 qola imza atıb. 

Kərim rekordunu 35 yaşında təkrarlayıb. Mövsümün sonuna 2 aydan çox qaldığından onun mütləq rekorda imza atacağı gözlənilir.

Qeyd edək ki, Benzema 2009-cu ildən “Real”ın formasını geyinir.