21:43 15-03-2022
news_image
125
FUTBOL

Kavani seçim qarşısında

Edinson Kavani yay fasiləsində “Mançester Yunayted”dən ayrılacaq.

Apasport.az saytının məlumatına görə, uruqvaylı hücumçu hazırda seçim qarşısındadır.

35 yaşlı forvard üçün prioritet İspaniya La Liqasında çıxış edən komandaya keçməkdir. Ancaq Cənubi Amerika klubları da onun xidmətində maraqlıdır. Kavani maliyyə şərtlərinə əsasən seçimini edəcək. “Mançester Yunayted”lə müqaviləsi mövsümün sonuna qədər olduğundan, yeni komandaya azad agent kimi keçəcək.

Qeyd edək ki, 2020-ci ilin oktyabrından “qırmızı şeytanlar”ın formasını geyinən Kavani 55 oyunda 19 qol vurub, 7 məhsuldar ötürmə verib.