22:09 15-03-2022
news_image
155
FUTBOL

Vidal arzusunda olduğu klubu açıqladı

“Flamenqo”nu çox sevirəm, orada oynamaq arzusundayam. İmkan yaranan kimi bu kluba keçəcəyəm”.

Apasport.az saytının məlumatına görə, bunu “İnter”in yarımmüdafiəçisi Arturo Vidal deyib.

Mövsümün sonunda “neradzurra”dan ayrılmağı planlaşdıran Çili millisinin üzvü karyerasını Braziliyada davam etdirmək arzusunda olduğunu etiraf edib: “Avropa macəram tamamlanır. Bunun doğru an olub-olmadığını bilmirəm, amma baş verərsə, məqsədim “Flamenqo” ilə hər şeyi qazanmaq olacaq. Məşqçi və ya rəhbərlik mənimlə müqavilə imzalamaq istəsə, əlaqə saxlayacaq”.

Qeyd edək ki, Vidalın “İnter”lə müqavilə müddəti yaya qədərdir.