“Yuventus” futbolçusu Danilo ilə müqaviləni uzatmaq niyyətindədir.
Apasport.az saytının məlumatına görə, İtaliya klubu artıq braziliyalı müdafiəçiyə yeni anlaşma təklif edib.
Turinlilər onu 2026-cı ilin yayına qədər heyətində saxlamaq istəyindədir. Onun indiki müqaviləsi 2024-cü ildə başa çatacaq.
Qeyd edək ki, Danilo 2019-cu ildə “Mançester Siti”dən “Yuventus”a 37 milyon avroya keçib.