21:18 16-03-2022
news_image
139
FUTBOL

Karrager: “Onların azarkeşləri ikiüzlüdür”

“Liverpul”un və İngiltərə millisinin sabiq müdafiəçisi Ceymi Karrager “Çelsi”nin düşdüyü duruma münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, 44 yaşlı mütəxəssis London klubunun azarkeşlərinə söz atıb.

Onun fikrincə, London klubunun fanatları etirazlarında səmimi deyillər: “Çelsi” azarkeşləri klublarına ehtiraslıdırlar və onlara elə gəlir ki, bütün dünya bu kluba hücum edir və öz komandalarını qoruyurlar. “Çelsi” azarkeşlərinin bir az ikiüzlü olduğunu düşünürəm. Onlar “Çelsi”nin indi düşdüyü vəziyyətdən “Mançester Yunayted”in və ya digər komandaların istifadə edəcəyindən qorxurlar. Halbuki “Çelsi” 20 ildir bunu edir. Abramoviçin də kluba gəlişinin əsas ideyası bu idi ki, pulu səpələyə, istədiyimizi ala bilərik”.

Qeyd edək kİ, Böyük Britaniya hökuməti martın 10-da “Çelsi”nin sahibi Roman Abramoviçə sanksiyalar tətbiq edib, kluba bir çox qadağalar qoyub.