11:34 06-10-2008
news_image
531
DİGƏR NÖVLƏR

Əli İsmayılovun növbəti qələbəsi

Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanlı peşəkar boksçu Əli İsmayılov Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan peşəkar boks gecəsində növbəti qələbəsini qazanıb. “APA-Sport”un məlumatına görə, WBO Latino versiyası üzrə “Qızıl kəmər”in sahibi olan 34 yaşlı idmançımız reytinq xarakterli görüşdə amerikalı Maks Aleksanderi məğlub edib.

Karyerasında ilk dəfə ABŞ təmsilçisi ilə qarşılaşan İsmayılov özündən 7 yaş kiçik olan rəqibini xal hesabı ilə üstələyib. Bununla da, boksçumuz peşəkar rinqdə 14-cü qələbəsini rəsmiləşdirib. Əli indiyədək bir dəfə məğlub olub, bir görüşü isə heç-heçə başa vurub.