22:57 17-03-2022
news_image
138
FUTBOL

“Arsenal”ın hücumçusuna daha bir təklif

“Arsenal”ın hücumçusu Aleksandr Lyakazett daha bir klubun maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, “Lion” və “Barselona”nın ardından “Vest Hem” də ulduz futbolçunu heyətinə qatmaq fikrinə düşüb.

London təmsilçisi bu mübarizədə rəqiblərinə qalib gəlmək üçün 31 yaşlı forvarda ən yüksək maaşı təklif etmək qərarına gəlib. Fransa millisinin üzvü “Vest Hem”lə anlaşsa, mövsümün sonunda ora azad agent kimi keçəcək. Çünki onun “topçular”la müqavilə müddəti yaya qədərdir.

Qeyd edək ki, Aleksandr Lyakazett 2017-ci ildən “Arsenal”ın formasını geyinir.