13:00 17-03-2022
news_image
130
FUTBOL

Mixayloviçi Qattuzo əvəz edir

“Bolonya” baş məşqçi postunda dəyişikliyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, İtaliya klubu hazırkı çalışdırıcı Sinişa Mixayloviçlə yollarını ayırmağı planlaşdırır.

Buna səbəb serbiyalı mütəxəssisin klub prezidenti Coi Saputo ilə yola getməməsi göstərilir. Prezident artıq yeni çalışdırıcını da müəyyənləşdirib. O, Cennaro Qattuzonu yeni baş məşqçi təyin etmək fikrindədir.

Qeyd edək ki, Sinişa Mixayloviç 2019-cu ildən “Bolonya”nı çalışdırır. Komanda hazırda A seriyasında 12-ci pillədə qərarlaşır.