16:50 17-03-2022
news_image
222
FUTBOL

2 illik müqaviləyə 85 milyon avro

“Bavariya”nın prezidenti Herbert Hayner aparıcı futbolçuları – qapıçı Manuel Noyer, yarımmüdafiəçi Tomas Müller və hücumçu Robert Levandovski ilə aparılan danışıqlar barədə məlumat verib.

Apasport.az saytı xəbər verir ki, Münhen klubunun rəhbəri onlarla yeni sözləşmə imzalanacağına əmindir.

O, xüsusən də, Levandovskinin qalmasında israrlı olduqlarını söyləyib: “Biz Levandovski, Noyer və Müllerlə danışıqlara sakit yanaşırıq. Hələ kifayət qədər vaxtımız var və bunu futbolçular da bilir. Levandovski bizim ona nə qədər ciddi qiymət verdiyimizi başa düşür”.

“Bild” nəşri isə Levandovskinin iki illik müqavilə və hər ilinə 24 milyon avro maaş tələbini rəhbərliyin qəbul etdiyini yazıb. Rəsmi anlaşma əldə edilərsə, Polşa millisinin üzvü qarşıdakı iki ildə mükafatlarla birlikdə 85 milyon avro qazanacaq.