00:01 20-03-2022
news_image
159
FUTBOL

“Mançester Yunayted”i 4 futbolçu havayı tərk edəcək

Mövsümün sonunda “Mançester Yunayted” bir neçə futbolçu ilə vidalaşacaq.

Apasport.az saytının məlumatına görə, konkret olaraq 4 oyunçu azad agent kimi “qırmızı şeytanlar”ı tərk etməyə hazırlaşır.

Bunlar yarımmüdafiəçilər Pol Poqba, Xuan Mata, Cessi Linqard və hücumçu Edinson Kavanidir. Adıçəkilən ulduz futbolçular “mankunianlar”la mövsümün sonuna qədər olan müqaviləni yeniləməyəcəklər.

Qeyd edək ki, “Mançester Yunayted” bu oyunçulardan yalnız Poqbanı saxlamaqda maraqlıdır.