13:51 23-03-2022
news_image
139
FUTBOL

Poçettinonun təzminat məbləği müəyyənləşdi

PSJ baş məşqçi Maurisio Poçettinonu istefaya göndərmək üçün ona təzminat ödəməli olacaq.

Apasport.az saytının məlumatına görə, Paris klubunun argentinalı mütəxəssisə verəcəyi məbləğ müəyyənləşib.

Poçettino və onun beş köməkçisinin qovulması fransızlara 20 milyon avroya başa gələcək. Onların müqavilə müddəti gələn ilin yayına qədərdir. Poçettinonun aylıq məvacibi 1,1 milyon avrodur ki, bununla o, Liqa1-in ən yüksəködənişli çalışdırıcısı edir. Məşqçilər korpusunun digər üzvləri isə ayda 20-80 min avro maaş alırlar.

Qeyd edək ki, 29 turda 65 xal toplayan PSJ hazırda Fransa çempionatına başçılıq edir.