14:33 23-03-2022
news_image
127
FUTBOL

Romelu Lukaku qərarını verdi

“Çelsi”nin hücumçusu Romelu Lukaku komandanı tərk etmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, 28 yaşlı forvard komanda yoldaşlarına “İnter”ə qayıtmaq istədiyini söyləyib.

Belçika millisinin üzvü hətta “neradzurra”nın diqqətini cəlb etmək üçün maaşının azaldılmasına da razıdır. Milan təmsilçisi isə onu mövsümün sonunda icarəyə götürmək variantını nəzərdən keçirir.

Qeyd edək ki, Romelu Lukaku bu mövsüm “Çelsi”nin heyətində 34 oyunda 12 qol vurub, 2 assist edib.