11:00 24-03-2022
news_image
114
FUTBOL

Fati qayıdır

“Barselona”nın futbolçusu Ansu Fati meydanlara qayıdır.

Apasport.az saytının məlumatına görə, bərpa dövrünü başa vurmaqda olan 19 yaşlı hücumçu yaxın günlərdə məşqlərə start verəcək.

Təxminən iki ay meydanlardan kənar qalan Ansu Avropa Liqasnın 1/4 final mərhələsinin cavab oyununda yenidən “Barselona” forması geyinə bilər. Onun Almaniya “Ayntraxt”ı ilə qarşılaşmada şans qazanacağı gözlənilir. Fatinin dönüşünün La Liqanın “Kadis”lə matçına qədər yubanması da mümkündür.

Qeyd edək ki, “Ayntraxt”la cavab oyunu aprelin 14-də, “Kadis”lə görüş üç gün sonra baş tutacaq.