14:50 25-03-2022
news_image
125
FUTBOL

Yığmamızın oyunu maltalı hakimlərə tapşırıldı

Azərbaycan – Latviya oyununun hakimləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, martın 29-da baş tutacaq yoldaşlıq oyununu maltalı hakimlər briqadası idarə edəcək.

Ta Qalidəki Milli stadionda keçiriləcək matçda Trustin Farrugia Kann fit çalacaq. Ona Luk Portelli və Dunkan Sultana kömək edəcək. Dördüncü hakim funksiyasını Andrea Skiriha yerinə yetirəcək.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.