17:05 25-03-2022
news_image
164
FUTBOL

Millimizdə ən böyük qayıdışlar

Malta ilə bu gün keçiriləcək yoldaşlıq oyunu bir neçə futbolçunun fasilədən sonra yığmaya qayıdışı ilə əlamətdar olacaq.

Apasport.az saytının məlumatına görə, bir neçə ildən sonra milliyə dönəcək oyunçuların heç biri bu göstəricidə rekorda yaxın belə düşməyəcək.

Komandamızın 30 illik tarixində daha uzun sürən milli həsrəti də olub. Yığmadakı iki oyunu arasında ən uzun fərqin olduğu futbolçu Elman Sultanovdur.

1992-ci ildə millidə debüt edən müdafiəçinin qayıdışı 2004-cü ildə gerçəkləşib. Ümumiyyətlə ən uzun fasilədən sonra yığmaya qayıdan 5 oyunçunun hər biri ən azı 5 illik həsrət yaşayıb.
    
1. Elman Sultanov – 11 il 8 ay 10 gün
2. İlqar Qurbanov – 9 il 11 ay 30 gün
3. Alim Qurbanov – 6 il 7 ay 1 gün
4. Zaur Həşimov - 5 il 11 ay 20 gün
5. Dmitri Kramarenko - 5 il 11 ay 18 gün