Malta millisi Azərbaycan yığması ilə ən çox görüşən 10 komandadan biridir.
Apasport.az saytının məlumatına görə, bu gün baş tutacaq yoldaşlıq oyunu iki rəqib arasında 9-cu görüş olacaq.
İndiyədək Azərbaycanla Malta arasında 8 duel baş tutub. Ada təmsilçisi yığmamızda bu qədər oyuna çıxan 7 komandadan biridir.
Ta Qalidə baş tutacaq bugünkü matçdan sonra Malta rəqiblərimiz sırasında 4-cü yerə yüksələcək. Yalnız üç yığma ilə daha çox qarşılaşmışıq.
Mütləq rekord Moldovaya məxsusdur. Bu rəqiblə 11 dəfə görüşmüşük. Qazaxıstanla Özbəkistanın hərəsi ilə 10 matç baş tutub.
1. Moldova - 11
2-3. Qazaxıstan - 10
Özbəkistan - 10
4-10. Uels - 8
Portuqaliya - 8
Estoniya - 8
Finlandiya - 8
Slovakiya - 8
Türkiyə - 8
Malta - 8