19:58 25-03-2022
news_image
147
FUTBOL

Latviyalı baş məşqçi Azərbaycanla oyununun məqsədini açıqladı

“Tipik mövsümöncəsi yoxlama oyunu idi. Belə matçlarda istək və emosiyalar məzmundan çox olur”.

Apasport.az saytının məlumatına görə, bunu Latviya millisinin baş məşqçisi Daynis Kazakeviçs deyib.

Martın 29-da Azərbaycanla yoldaşlıq oyunu keçirəcək Baltikyanı ölkə təmsilçisinin çalışdırıcısı Küveytlə bugünkü sınağı dəyərləndirib. O, Maltada davam edən toplanışdakı iki matçdan faydalanmalı olduqlarını qeyd edib: “Bu görüş bizim üçün faydalı oldu. Nəticəyə görə üzgünük. Daha yaxşı oynayırdıq. Əsas hədəfimiz iyundakı rəsmi matçlara daha yaxşı hazırlaşmaqdır. Həm Küveyt, həm Azərbaycanla oyunun əsas məqsədi budur. Bu gün rəqib iki qol imkanından birindən yararlandı. Bizdə daha çox epizod oldu”.

Qeyd edək ki, Azərbaycan – Latviya oyunu martın 29-da Ta Qalidəki Milli stadionda keçiriləcək.