14:43 28-03-2022
news_image
111
FUTBOL

Latviyalı hücumçu: “Azərbaycana göstərəcəyik ki, qalib gələ bilirik”

“Azərbaycanla oyuna hazırıq. Yaxşı əhval-ruhiyyədə hazırlaşırıq”.

Apasport.az saytının məlumatına görə, bunu Latviya millisinin hücumçusu Vladislav Qutkovski deyib.

27 yaşlı forvard sabah Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq görüşü öncəsi mətbuat konfransında fikirlərini bölüşüb. O, meydana qələbə üçün çıxacaqlarını söyləyib: “Bizi çox maraqlı oyun gözləyir. Sabah göstərəcəyik ki, oynaya, qalib gələ, qol vura bilirik”.

Qutkovski martın 25-də Küveytlə heç-heçə etdikləri (1:1) matça da toxunub: “Küveytə qarşı yaxşı oyun keçirdik, məşqçilərin bizdən tələb etdiklərinin çoxunu meydanda etdik. Sadəcə, hücumlar zamanı bir az şanssızlıq yaşadıq. Bu elementi təkmilləşdirmək lazımdır”.

Qeyd edək ki, Azərbaycan – Latviya oyunu Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.