“Real”ın futbolçusu Eden Azar mövsümü başa vurub.
Apasport.az saytının məlumatına görə, belçikalı əməliyyat olunacaq.
Öncədən onun 5 həftəyə meydana qayıdacağı gözlənilirdi. Lakin Edenin yay fasiləsinədək qayıtmayacağı müəyyənləşib.
2019-cu ildə “Real”a keçən Azar bu müddətdə 14 dəfə zədələnib. O, ümumilikdə 500 gündən çox vaxt buraxıb.