16:01 29-03-2022
news_image
154
FUTBOL

“Arsenal” və “Napoli”nin ortaq hədəfi

İngiltərə “Arsenal”ı və İtaliya “Napoli”si kolumbiyalı Luis Sinisterraya elçi düşüb.

Apasport.az saytının “footballhd.ru”ya istinadən məlumatına görə, hər iki klubu “Feyenoord”un hücumçusunu bu yay ələ keçirməyi planlaşdırır.

“Napoli”nin 22 yaşlı forvard uğrunda mübarizədə daha şanslı sayılır. Kolumbiyalı futbolçuya digər ölkələrdən də təkliflər var. “Atletiko” və “Bayer” də cənubi amerikalının xidmətində maraqlıdır.

Qeyd edək ki, Luis cari mövsümün 38 matçında 18 qol və 11 assistə imza atıb.