10:08 30-03-2022
news_image
237
FUTBOL

Millətlər Liqası: Yığmamız üçün TƏQVİM

Azərbaycan yığmasının Millətlər Liqasındakı oyunların tam təqvimi dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, C liqasının 3-cü qrupunda mübarizə aparacaq Canni de Byazinin yetirmələrinin iyunun 3-də və sentyabrın 25-dəki matçlarında üz-üzə gələcəyi komanda bəlli olub.

Millimiz ilk və son qarşılaşmalarını Qazaxıstana qarşı keçirəcək. Bu, C liqasındakı qalmaq uğrunda pley-offdan sonra müəyyənləşib. Moldova səddini keçən qazaxıstanlılar yayda millimizi qəbul edəcək, payızda Bakının qonağı olacaq.

Millətlər Liqası
C liqası, 3-cü qrup
3 iyun 2022. Qazaxıstan – Azərbaycan
6 iyun 2022. Belarus – Azərbaycan
10 iyun 2022. Azərbaycan – Slovakiya
13 iyun 2022. Azərbaycan – Belarus
22 sentyabr 2022. Slovakiya – Azərbaycan
25 sentyabr 2022. Azərbaycan – Qazaxıstan