18:42 31-03-2022
news_image

Yunan-Roma güləşçilərimizin Avropa çempionatında ilk rəqibləri bilindi

Aprelin 1-dən 3-dək Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq.

Apasport.az saytının məlumatına görə, bu gün güləşin klassik növü üzrə püşkatma mərasimi keçirilib və idmançılarımızın rəqibləri müəyyənləşib.

Eldəniz Əzizli (55 kq) mübarizəyə 1/4 finaldan start verəcək. Onun rəqibi Denis Mihay (Rumıniya) - Sebastyan Kolompar (Serbiya) görüşünün qalibi olacaq.

Murad Məmmədov (60 kq) ilk görüşdə Daniel Bobillo (İspaniya) ilə qarşılaşacaq.
Taleh Məmmədov (63 kq) yarışa 1/4 finaldan qoşulacaq. Təcrübəli pəhləvanımız ya Ahmet Uyar (Türkiyə), ya da Kriştian Keçkemeti (Macarıstan) ilə üz-üzə gələcək.
Həsrət Cəfərov (67 kq) 1/8 finalda Vitalis Lazovskiylə (Almaniya) güləşəcək.

Ülvü Qənizadə (72 kq) ilk görüşdə Samuel Belşeid (Almaniya) ilə qarşılaşacaq.
Sənan Süleymanov (77 kq) 1/8 finalda İlye Koyokari (Rumıniya) ilə mübarizə aparacaq.
Rafiq Hüseynovun (82 kq) ilk rəqibi Petr Novak (Çexiya) olacaq.

İslam Abbasov (87 kq) ilk mərhələdə Matey Mandiçlə (Xorvatiya) qarşılaşacaq.
Murat Lokyayev (97 kq) 1/8 finalda Arvi Savolaynenlə (Finlandiya) üz-üzə gələcək.
Beka Kandelaki (130 kq) isə ilk görüşdə Mixaylo Vişnivetskiylə (Ukrayna) güləşəcək.

Qeyd edək ki, sabah 55, 63, 77, 87 və 130 kq-da çıxış edən güləşçilər xalça üzərinə çıxacaq. Aprelin 2-də isə digər 5 çəkidəki pəhləvanlar mübarizəyə qoşulacaq. Qitə birinciliyinə aprelin 3-də yekun vurulacaq.