21:51 01-04-2022
news_image
173
FUTBOL

Kavani seçimini etdi

Uruqvay millisinin futbolçusu Edinson Kavani gələcək karyerası ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted”lə müqaviləsini uzatmayan hücumçu karyerasını Argentinada davam etdirəcək.

Yayda azad agent statusu alacaq forvard seçimini “Boka Xuniors”un üzərində dayandırıb. O, Argentina klubuna keçməklə Uruqvayda yaşayan ailəsinə daha yaxın olacaq.

Qeyd edək ki, Kavani 2020-ci ilin oktyabrında Mançester təmsilçisinə keçib.