21:29 01-04-2022
news_image
160
FUTBOL

“Qəbələ” futbolçusu ilə müqaviləni uzatdı

Qəbələ” müdafiəçisi Ruan Renato ilə müqavilə müddətini uzadıb. 

Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçu ilə yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub. 

Əvvəlki müqaviləsi 2021-2022-ci illər mövsümünün sonunda başa çatan 28 yaşlı cənubi amerikalı daha bir mövsüm “qırmızı-qara” formanı geyinəcək. Onun anlaşması 2023-cü ilin iyununda başa çatacaq.

Qeyd edək ki, 2021-ci ilin avqustundan “Qəbələ”nin şərəfini qoruyan Renato komandamızın heyətində keçirdiyi 22 matçda 2 qol vurub.