23:31 03-04-2022
news_image
120
FUTBOL

“Trabzonspor” - “Beşiktaş” duelində qalib müəyyənləşmədi

Türkiyə Super Liqasında 31-ci turun oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, turun mərkəzi görüşündə “Trabzonspor”la “Beşiktaş” qarşılaşıb.

1:1 hesabı ilə nəticələnən görüşdəki bütün qollar ikinci hissəyə təsadüf edib. Çempionatın lideri Andreas Korneliusun 56-cı dəqiqədəki qolu ilə hesabda önə keçib.

İstanbul təmsilçisi 12 dəqiqə sonra hesaba tarazlıq gətirib. Mişi Batşuayi penaltidən bərabərlik qoluna imza atıb.

Qeyd edək ki, xal hesabını 71-ə çatdıran trabzonlular 1-ci, 24 xal geridə olan İstanbul təmsilçisi 7-ci yerdə qərarlaşıb.