09:56 04-04-2022
news_image
222
FUTBOL

Roberto Bordin: “Zəngimə belə cavab vermədilər”

“Moldova və Azərbaycan kimi ölkələrdə çalışmağım bir az təsadüf nəticəsində oldu”.

Apasport.az saytının “guerinsportivo.it”ə istinadən məlumatına görə, bunu “Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordin deyib.

Ölkə xaricində Azərbaycan və Moldovada çalışmış italiyalı mütəxəssis bu iki ölkə futbolu barədə fikirlərini bölüşüb: “On il köməkçi işlədikdən sonra bir anda özümü işsiz gördüm. Daha çox dostum olduğunu düşünürdüm, lakin D seriyasında “Triestina” ilə təcrübəmi borclu olduğum Şon Solyano istisna olmaqla, zəngimə belə cavab vermədilər. Azərbaycanda və Moldovada isə inkişaf edən, ən müasir strukturlara malik futbol gördüm”.

Qeyd edək ki, Roberto Bordin 2018-2020-ci illərdə “Neftçi”yə rəhbərlik edib. O, həmçinin “Şerif” və Moldova yığmasını da çalışdırıb.