17:21 04-04-2022
news_image
107
FUTBOL

“Bavariya”nın baş məşqçisi onun qalmasını istəyir

“Bavariya” yarımmüdafiəçi Serj Qnabri ilə yeni müqavilə imzalamaqda israrlıdır.

Apasport.az saytının məlumatına görə, baş məşqçisi Yulian Naqelsmann da onun komandada qalmasını istəyir.

Gənc çalışdırıcı 26 yaşlı hücumameylli oyunçu ilə danışıqların gedişatından narazı olmadığını açıqlayıb: “Mən optimistəm. Onda lazım olan bütün xüsusiyyətlər var. Futbolçu və insan kimi ona hörmət edən məşqçiyəm. Əla komanda oyunçusudur. Təbii ki, hər şey klubla futbolçunun agenti arasında danışıqların necə getməsindən asılıdır. Ancaq mən Qnabrinin bizimlə qalacağına inanıram”.

Qeyd edək ki, Serj Qnabrinin “Bavariya” hazırkı müqavilə müddəti gələn ilin yayına qədərdir.