17:05 07-10-2008
news_image
460
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbovun dünya çempionatında rəqibləri müəyyənləşib

Bakı. Kənan Həsənov - APA-Sport. Noyabrın 7-də Qazaxıstanın Almatı şəhərində blits üzrə dünya çempionatı start götürəcək. “APA-Sport”un məlumatına görə, bu nüfuzlu yarışda Azərbaycan şahmatçısı Teymur Rəcəbov da iştirak edəcək.

Dördüncü dəfə təşkil olunacaq birinciliyə 14 qrossmeyster qatılacaq. Həmyerlimizin rəqibləri sırasında Aleksandr Morozeviç, Sergey Rublyovski, Pyotr Svidler, Aleksandr Qrişuk (hamısı Rusiya), Vasili İvançuk (Ukrayna), Boris Qelfand (İsrail), Yudit Polqar (Macarıstan), Vladislav Tkaçyov (Fransa), Leyner Dominqes (Kuba), Rafael Vahanyan (Ermənistan), Murtaz Kajqaleyev (Qazaxıstan), Qata Kamski (ABŞ) və Krişnan Şaşikiranın (Hindistan) yer alacağı dəqiqləşib.

Dairəvi sistemlə keçiriləcək dünya çempionatının mükafat fondu 350 min İsveçrə frankı həcmində müəyyənləşdirilib. Noyabrın 8-də başa çatacaq yarışın qalibinin qazancı 80 min frank təşkil edəcək.