22:03 05-04-2022
news_image
583
FUTBOL

“Arsenal” İsakı gözləyir

“Arsenal” “Real Sosyedad”ın futbolçusu Aleksander İsakı transfer etməyə qərar verib.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu da keçidi mümkün sayır.

Klub rəhbərliyi avrokuboklardan kənar qalacağı halda 22 yaşlı isveçli hücumçunu satmağa razıdır. Hazırda La Liqanın turnir cədvəlində 6-cı olan “Real Sosyedad” qitə kuboklarına düşmək üçün mübarizə aparır.

Qeyd edək ki, İsak 2019-cu ildən indiki klubunun formasını geyinir. O, cari mövsümdə 24 oyunda 4 qol vurub.