09:20 06-04-2022
news_image
216
FUTBOL

Simeoneli “Atletiko” tarixində ilk dəfə...

Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Mançester Siti”nin qonağı olan “Atletiko” 0:1 hesabı ilə məğlub olub.

Apasport.az saytının məlumatına görə, Mançesterdəki qarşılaşma İspaniya klubunun antirekordu ilə yadda qalıb.

Komanda Dieqo Simeonenin rəhbərliyi altında bütün yarışlardakı matçları nəzərə almaqla ilk dəfə bir oyunda qapıya zərbə vura bilməyib. Argentinalı mütəxəssis 2011-ci ildən La Liqa təmsilçisini çalışdırır və indiyə qədər belə halla üzləşməmişdi.

Bu məğlubiyyət həm də “Atletiko”nun uğurlu seriyasına son qoyub. Komanda 8 görüşdən sonra yenilgi üzü görüb. Madridlilər fevralın 16-dan bəri matçlarının 7-də qələbə qazanıb, 1-də heç-heçə etmişdi.

Qeyd edək ki, “Atletiko” ilə “Mançester Siti” arasında cavab oyunu aprelin 13-də Madriddə olacaq.