15:41 06-04-2022
news_image
146
FUTBOL

Maklaren “şagirdi”nə köməkçi gedir

İngiltərə millisinin sabiq baş məşqçisi Stiv Maklaren “Mançester Yunayted”in məşqçilər korpusuna qoşula bilər.

Apasport.az saytının məlumatına görə, 61 yaşlı mütəxəssis “qırmızı şeytanlar”da köməkçi-məşqçi kimi fəaliyyət göstərə bilər.

Bu, “Ayaks”ın çalışdırıcısı Erik ten Haqın təyinatı təqdirində baş tutacaq. Klub ten Haqı mövsümün sonunda baş məşqçi postuna gətirməyi bacarsa, Maklaren də onun köməkçilərindən biri olacaq.

Maraqlıdır ki, Stiv Maklarenlə Erik ten Haq keçmişdə birlikdə çalışıb. 2008/09 mövsümündə Maklaren “Tvente”nin baş məşqçisi, ten Haq isə onun köməkçisi olub. Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov isə 2010/11 mövsümündə Maklaren “Tvente”ni çalışdırarkən həmin komandada yer alıb.